Bayram namazının saatı dəqiqləşdi

Bayram namazının saatı dəqiqləşdi
  04 İyun 2019    Oxunub:1707
Azərbaycanda iyunun 5-i və 6-da Ramazan bayramı qeyd olunacaq.
Azvision.az xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar sabah ölkənin bütün məscidlərində bayram namazı təşkil olunacaq. Belə ki, iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə hər il olduğu kimi bu il də bayram namazına qatılacaq.

Azvision.az


Teqlər: Ramazan   Bayram   Namaz  





Xəbər lenti