Qatarlara bilet satışı 30 gün əvvəldən başlayacaq

Qatarlara bilet satışı 30 gün əvvəldən başlayacaq
  08 İyun 2019    Oxunub:1511
İyunun 8-dən etibarən beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, burada məqsəd beynəlxalq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsidir.

Azvision.az



Teqlər: Qatar  





Xəbər lenti