Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb

   Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb
  08 İyun 2019    Oxunub:2994
Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin may ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.



Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 252 min kilovat/saat elektrik enerjisinin dəyəri 3 milyon 193 min 500 manat olub, cəmi 3 milyon 198 min 400 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təbiiqaz   Energetika   Naxçıvan  





Xəbər lenti