Avtoritetin qətlinə görə iki maddə ilə cinayət işi açıldı
Müəyyən edilib ki, iyunun 7-də Bakının Binəqədi rayonunda "BMW X-5" markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.
Nəticədə avtomobildə olan Mubariz Budaqlı baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.
Hadisəni törədən şəxslər "BMW X-5" markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş şəxslərdən ikisi - Hüseynov Vüsal Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlu şübhəli şəxs qismində tutulub, həmçinin T. Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hadisə zamanı qətlə yetirilən Mübariz Budaqlının kriminal aləmə yaxın olduğu bildirilir.
Azvision.az