Dini icma Fondun dəstəyi ilə müsabiqə elan edir

Dini icma Fondun dəstəyi ilə müsabiqə elan edir
  12 İyun 2019    Oxunub:3762
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Bu barədə Azvision.az -a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.

I. Mükafatlandırma

I yer - 1 nəfər - 800 manat
II yer - 2 nəfər - 600 manat
III yer - 3 nəfər - 500 manat

Həvəsləndirici mükafat 5 nəfər – 150 manat

II. Müsabiqə şərtləri

Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə yazılan yazılar qəbul ediləcək:
1. Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri.
2. Şeyxülislamlıq institutunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu.
3. Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri.
4. Dünyada sülhün, mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi istiqamətində Şeyxülsilam Allahşükür Paşazadənin fəaliyyəti.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

Mövzunu dolğun əhatə etmə səviyyəsi;
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;

Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda ““Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:
Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və elektron qaydada təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:
yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
müsabiqə üçün verilmiş yazının yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi (PDF variant);
yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link;
materialın A4 formatlı kağız vərəqində nüsxəsi (elektron qaydada word faylda, nüsxədə müəllifinin adı göstərilməməlidir);

Qeyd 1: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə üçün yazılar 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Tiblisi prospekti 35 (ASK plaza, 4-cü mərtəbə) ünvanında qəbul ediləcək. Həmçinin müsabiqə materialları [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Qeyd 2: Müsabiqə qaliblərinin adları 2019-cu il 12 avqust tarixinədək açıqlanacaq.

Əlaqə telefonu:
(012) 464 92 55
(070) 585-45-63

Azvision.az


Teqlər: Jurnalist  





Xəbər lenti