Bakıda çimərliklər mavi bayraqla fərqlənəcək

Bakıda çimərliklər mavi bayraqla fərqlənəcək
  12 İyun 2019    Oxunub:2598
Ekologiya və Təbii Sərvətlər Nazirliyində çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə layihə hazırlanır.
Azvision.az xəbər verir ki, bunu nazirliyin mətbuat katibi İradə İbrahimova deyib. Onun sözlərinə görə, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif olunur.

Qeyd edilib i, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur: "Dünyanın bir sıra ölkələrinin çimərliklərində mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   Çimərlik  





Xəbər lenti