Bakıda hərbi orkestrlərin nümunəvi çıxışı olacaq

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışı olacaq
  12 İyun 2019    Oxunub:1401
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band&Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində iyunun 13-ü saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band&Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

Azvision.az


Teqlər: Orkestr   Bakı  





Xəbər lenti