İyunun 13-də Xəzər dənizində 4,0 bal gücündə zəlzələ baş verib.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:32-də qeydə alınıb. Zəlzələ dənizin 47 kilometr dərinliyində baş verib.