Bakı Parlament Platforması çərçivəsində ilk dialoq baş tutdu

  13 İyun 2019    Oxunub : 1234
Bakı Parlament Platforması çərçivəsində ilk dialoq baş tutdu
Xəbər verildiyi kimi, dünən Bakıda Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilib.
Azvision.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yollarını, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaq olub. Xüsusi vurğuluanmalıdır ki, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilər ilk dəfə olaraq belə formatda bir araya gəliblər.

Bu gün isə qeyd edilən Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması formatında ilk təşəbbüs baş tutub, Bakı bu formatda ilk dialoqa ev sahibliyi edib. İlk görüş Platformada təmsil olunan Türkiyə nümayəndə heyəti ilə Almaniya Bendestaqının nümayəndələri arasında keçirilib. Günün ikinci vacib hadisəsi Bakıda səfərdə olan ATƏT PA prezidenti Cənab Georg Seritelinin Platformada təmsil olunan Türkiyə nümayəndə heyəti ilə görüşü olub.

Hər iki görüşdə platforma çərçivəsində gələcək əməkdaşlıq, problemlərin qarşılıqlı ünsiyyətlə aradan qaldırılması üçün dialoq formatının daim gündəmdə olması qeyd edilib. Bildirilib ki, Bakı Parlament Platforması gələcəkdə əməkdaşlığı inkişaf etdirmək, eləcə də regional və beynəlxalq münaqişələrin həlli üçün unikal formatlardan biridir.

Azvision.az

Teqlər: Bakı-Parlament-Platforması