“Qida məhsullarının ixracı 37,6 faiz artıb” - Nazir müavini

  19 İyun 2019    Oxunub : 1152
“Qida məhsullarının ixracı 37,6 faiz artıb” - Nazir müavini
Bu ilin 5 ayı ərzində Azərbaycanda qeyri-neft ixracı 17,8 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, 5 ayda qeyri-neft sənayesində 15,6 faiz artım olub.

"Ölkədə sənaye parklarında olan rezidentlərin 267 milyon manatlıq məhsulu xarici bazarlara ixrac olunub. Bu rəqəm artacaq, çünki rezidentlər xarici işgüzar əlaqələrini genişləndirirlər. Bu ilin 5 ayı ərzində ticarət dövriyyəsi 28,8 faiz artıb. Bu gün Azərbaycanın 174 ölkə ilə ticarət əlaqəsi var".

Nazir müavini bildirib ki, bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracı 37,6 faiz artıb:

"Azərbaycandan 2166 adda məhsul xarici bazarlara ixrac olunur. Bu ilin 5 ayı ərzində xarici ticarət əməliyyatları aparan iş adamlarının sayı 18400-ə çatıb. Bu isə ötən ilin 5 ayı ilə müqayisədə 74 faiz artım deməkdir".

R.Məmmədov qeyd edib ki, cari ilin sonuna kimi Qazaxıstanın Nursultan şəhərində, Rusiyada şərab evləri açılacaq, eyni zamanda Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi