ATƏT sədrinin həmsədrlərlə Qarabağ danışığı

  28 İyun 2019    Oxunub : 1483
 ATƏT sədrinin həmsədrlərlə Qarabağ danışığı
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa işləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun həmsədləri ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə ATƏT sədri həmsədrlərin sonuncu məsləhətləşmələrinin nəticələri, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada və iyunun 20-də Vaşinqtonda keçirilən görüşləri barədə məlumatlandırılıb.

Həmsədrlər, həmçinin slovakiyalı sədrə bu gün Ermənistan və Azərbaycan arasında baş tutan girovların mübadiləsi haqqında ətraflı məlumat veriblər.

"Biz bu humanitar addımı alqışlayırıq. Bu addım göstərir ki, dialoq münaqişənin təsir etdiyi insanlar üçün müsbət nəticələr verə bilər",- Layçak deyib.

Azvision.az

Teqlər: ATƏT   Həmsədrlər