52 mindən çox namizəd müəllim olmaq istəyir

52 mindən çox namizəd müəllim olmaq istəyir
  03 İyul 2019    Oxunub:1386
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti