Oruc Zalov Qubada vətəndaşları qəbul edəcək

Oruc Zalov Qubada vətəndaşları qəbul edəcək
  03 İyul 2019    Oxunub:2822
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iyulun 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az



Teqlər: OrucZalov   Qəbul  





Xəbər lenti