Komitə rəhbərliyi üç rayonda qəbul keçirəcək
Həmin gün komitənin sədr müavini Rüstəm Şahbazov Ucar rayonunda vətəndaşlarla görüşəcək. Komitə sədrinin müavini Rafiq Cəlilovun iyulun 13-də Zərdab rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu isə iyulun 27-nə keçirilib. Komitənin sədr müavinləri tərəfindən keçiriləcək qəbullar saat 10:00-da müvafiq olaraq Ucar və Zərdab rayonlarındakı Heydər Əliyev Mərkəzlərində keçiriləcək. Qəbulda komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd edilən rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin aparatı: (012) 490 24 08 (daxili 200 və 105), əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi: (02021) 3-01-13, (02027) 5-36-37; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi: (02021) 3-02-74, (02027) 4-06-12.
Azvision.az