“Növbədənkənar seçki keçirmək üçün səbəb yoxdur” - Əli Əhmədov
Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
YAP sədrinin müavini xatırladıb ki, bu ilin dekabrında ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir - noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək".
Azvision.az
Teqlər: ƏliƏhmədov YAP