Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsində ümumi sahəsi 60 m² olan tikilinin (avtoyuma və təkər təmiri sexi kimi fəaliyyət göstərir) çardağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.