Yada salaq ki, İran ilə “Altılıq ölkələri” arasındakı nüvə anlaşması 2015-ci ildə imzalanmışdı. Müqaviləyə görə, İran özünün nüvə proqramından imtina edir, uranın zənginləşdirilməsini dayandırır, 300 kq-dan artıq uran ehtiyatlarını isə satmağa razılaşırdı. Əvəzində ona qarşı qoyulan bütün iqtisadi və ticari sanksiyalar aradan qaldırılırdı. Amma Tramp hakimiyyətə gələndən sonra, 2018-ci ilin mayında İrana qarşı sanksiyaları yenidən bərpa etdi.
Ötən ayın 3-də İran prezidenti Həsən Ruhani bəyan etmişdi ki, əgər qoyulan müddətə qədər sanksiyalar ləğv olunmasa, Arakda yerləşən nüvə reaktorunun işi bərpa olunacaq və uranın 3,67%-dən yuxarı saflaşdırılmasına başlanılacaq.
Leyla Elbrusqızı
Azvision.az