Leyla Əliyeva yoqa və poeziya axşamında iştirak edib- Fotolar
Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib.
Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib.
Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, “7” rəqəminin mistik məna daşıdığını ehtiva edir. Bu axşam poeziya ilə yoqa vəhdət təşkil edəcək.
Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayıb, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə giriblər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edib.
Amsterdamda yaşayan həmyerlimiz Mira yoqa sessiyasını davam etdirərək qədim hind rəqsini nümayiş etdirib.
Sonra bədii hissə başlayıb. Firdovsi və Mehman Rəsulov qardaşları, Nigar Həsənzadə musiqi sədaları altında öz şeirlərini oxuyublar. Onların ardınca digər gənc şairlər Azərbaycan və rus dillərində şeirlər ifa ediblər.
Sonda Leyla Əliyeva öz şeirini oxuyub.
İştirakçılar Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “SÖZ” adlı ədəbi layihənin məqsədi ölkəmizdə həm ana dilində, həm də xarici dillərdə yazıb-yaradan gənc ədəbi nəslin formalaşdırılmasıdır.
Azvision.az
Teqlər: LeylaƏliyeva Poeziya Yanardağ