Bir ildə 403 nəfər qidadan zəhərlənib, 2 nəfər ölüb - Qoşqar Təhməzli

  09 İyul 2019    Oxunub : 1073
 Bir ildə 403 nəfər qidadan zəhərlənib, 2 nəfər ölüb - Qoşqar Təhməzli
Agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli olmaqla ümumilikdə 17 241 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, onların 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub.

"Agentliyin əməkdaşları tərəfindən operativ qaydada araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 qida zəhərlənməsinə məruz qalması müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib".

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA