AQTA sədri sahibkarlara çağırış edib
“Sahibkarlar elə hesab edir ki, yararsız məhsullar geri göndərilən zaman onların imicinə zərər dəyir. Bu əsla belə deyil. Dünyanın qida sahəsində fəaliyyət göstərən böyük şirkətlər istehlakçıların hüquqlarını qoruyaraq məhsullarında nöqsanlar olarsa, geri çağırırlar.
Bu önəmli məsələdir və beynəlxalq standartlara uyğundur. Dəyərli iş adamlarına çağırış edirəm ki, yararsız mallarını geri çağırma prosedurunda iştirak etsinlər. Əgər agentlik tərəfindən yararsız məhsullarla bağlı faktlar aşkarlanmasaydı, adı çəkilən məhsulların satışını təşkil etmək istəyirdilər".
Aytən Zəhra
Azvision.az
Teqlər: AQTA