Maşın oğrusu tutuldu

  09 İyul 2019    Oxunub : 918
Maşın oğrusu tutuldu
Kürdəmir RPŞ-yə iyulun 8-də saat 8 radələrində şəhər ərazisindən Gəncə şəhər sakini V.Dərvişovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıqabul rayon sakini B.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN