Bu ilin 6 ayında 343 nəfər İİV-ə yoluxub

  17 İyul 2019    Oxunub : 926
 Bu ilin 6 ayında 343 nəfər İİV-ə yoluxub
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 6 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Azvision.az -a verilən məlumata görə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüblər.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 6 ayında İİV-ə yoluxmuş 343 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.


Azvision.az

Teqlər: İİV   QİÇS