Olimpiya Festivalında həkimlərə 18 müraciət edilib

  22 İyul 2019    Oxunub : 976
 Olimpiya Festivalında həkimlərə 18 müraciət edilib
İyulun 19-dan 22-nə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən mjəlumat verilib.
Bildiriib ki, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından, 2-si Bayraq Meydanından, 3-ü "Baku Crystal Hall"dan, 1-i İdman Akademiyasından, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyindən aid olub.

“Müraciət edənlərdən 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 1-i nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, qalanlarına isə yerində yardım göstərilib. Müraciətlərin arasında 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır” - deyə nazirlikdən qeyd olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: SN   Olimpiyaq-Festivalı