Bu il 1160 oğlan uşağına Yusif adı qoyulub

   Bu il 1160 oğlan uşağına Yusif adı qoyulub
  25 İyul 2019    Oxunub:1924
Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.

Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub.

Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.

Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub.

Azvision.az



Teqlər: Uşaq   Adlar  





Xəbər lenti