ANAMA: Ötən ay bir nəfər minaya düşüb
İndiyədək cəmi 536 038 420 m² (53 603,84 ha) ərazi təmizlənib, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
İyul ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 12, Dövlət Sərhəd Xidmətindən - 2 və Rayon Polis Şöbəsindən- 1 müraciət daxil olub. (cəmi: 18 çağırış).
Müraciətlər əsasında DİN, FHN, DSX, Xüsusi Dövlət Mühafizə Xidmətinin və BP Azərbaycan şirkətinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağstafa, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 2 655 kv.m ərazi yoxlanılıb, 44 ədəd partlamamış hərbi sursat (PHS) və 6 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
2019-cu ilin iyul ayı ərzində 1 mina hadisəsi qeydə alınıb və Füzuli rayon sakini yüngül xəsarət alıb.
Azvision.az
Teqlər: