“National Geographic Kids” jurnalı Qarabağla bağlı səhvini düzətdi

  07 Avqust 2019    Oxunub : 1774
 “National Geographic Kids” jurnalı Qarabağla bağlı səhvini düzətdi
Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar nazirlik Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

Bu LİNK vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.



Azvision.az


Teqlər: NRYTN   Qarabağ