Çay evləri sakinləri narahat edir - Bakı polisi hərəkətə keçdi
Xidmət rəisi qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis idarələrinin əməkdaşlarının keçirdikləri birgə profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib: “İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazidd olması bildirilib”.
E.Hacıyev əlavə edib ki, yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı baş idarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb.
Azvision.az
Teqlər: Polis Çay-evləri