Milli Qəhrəmanın doğum günüdür
Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılıb. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev, 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilib.
Azvision.az
Teqlər: RövşənƏliyev MilliQəhrəman Şəhid