Novruz Məmmədov Elçibəyin vəzifə təklifindən niyə imtina edib? - VİDEO

  09 Sentyabr 2019    Oxunub : 8838
Novruz Məmmədov Elçibəyin vəzifə təklifindən niyə imtina edib? - VİDEO
Azərbaycanın Baş naziri Novruz Məmmədov "Space" televiziyasında yayımlanan "Sadə Həqiqətlər" verilişinin qonağı olub. Baş nazir ona təklif olunan yüksək vəzifələrdən danışıb. Maraqlı məqamlardan biri sabiq prezident Əbülfəz Elçibəyin ona təklif etdiyi vəzifədən imtina etməsi ilə bağlıdır.
Azvision.az xəbər verir ki, Baş nazir həmin anlarla bağlı xatirələrində qeyd edir:

"Əbülfəz Elçibəy arxamca adam göndərmişdi ki, onunla işləyim. Gəldilər, mənimlə danışdılar. Dedim ki, yox. Birincisi, həmin vəzifədə işləmək istəmirəm. İkincisi, görürəm sizin normal gələcəyiniz yoxdur. Bir ölkəni idarə edə bilmirsiniz. Çətin vəziyyətdir. Getmədim".



Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Novruz-Məmmədov   Baş-Nazir   Elçibəy