Ağstafada əl qumbarası tapılıb

Ağstafada əl qumbarası tapılıb
  10 Sentyabr 2019    Oxunub:1922
Ağstafa rayonunda əl qumbarası aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ağstafa rayonu, Ağgöl kəndi ərazisinə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Qumbara  





Xəbər lenti