Metronun “Xətai” stansiyası açıldı

  12 Sentyabr 2019    Oxunub : 3082
Metronun “Xətai” stansiyası açıldı
Bakı metrosunun “Xətai” stansiyası istifadəyə verilib.

Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün stansiyanın açılışı olub.
Qeyd edək ki, “Xətai” stansiyası ötən ilin sentyabr ayında təmirə bağlanıb. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Həmçinin, stansiyada digər infrastrukturun da yenilənməsi işləri həyata keçirilib.

Azvision.az

Teqlər: Xətai   Metro   Stansiya