Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO

 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib -    VİDEO
  23 Sentyabr 2019    Oxunub:2821
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Azvision.az xəbər verir ki, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.



Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.



Azvision.az



Teqlər: Ordu   MüdafiəNazirliyi  





Xəbər lenti