Bu gün 28 dərəcə isti olacaq
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az