Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir

Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir
  24 Sentyabr 2019    Oxunub:1474
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Azvision.az



Teqlər: MN   NATO  





Xəbər lenti