Azərbaycan-Rusiya hərbi əməkdaşlığı müzakirə edildi

 Azərbaycan-Rusiya hərbi əməkdaşlığı müzakirə edildi
  26 Sentyabr 2019    Oxunub:2403
Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.

Azvision.az



Teqlər: Rusiya   Hərb   Azərbaycan  





Xəbər lenti