Dövlət Agentliyi: “Müəllimlər yüksək maaş istəyirlər”

   Dövlət Agentliyi:    “Müəllimlər yüksək maaş istəyirlər”
  27 Sentyabr 2019    Oxunub:2009
Bu gün Azərbaycanda turizm sahəsində olan bəzi kadrlar günün tələblərinə cavab vermir.

Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib. O bildirib ki, bazarda olan turizm kadrlarından gözləntilər böyükdür.
"Turizm sahibkarlıq subyektlərinin gözləntilərinə cavab vermək üçün onların ehtiyaclarını dəstəkləyirik. Çalışırıq ki, universitetdən çıxan tələbələr işsiz qalmasın, turizm sahəsinə gəlsinlər. Universitetə müəllimlərin cəlb edilməsinə çalışırıq, sənayedən olan müəllimlər kifayət qədər yüksək maaş istəyilər. Gələcəkdə çalışacağıq ki, bu məsələni həll edək və müəllimlərə yüksək əməkhaqqı verək. Bu, bizim marağımızdadır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik  





Xəbər lenti