Nazir müavini Xaçmazda vətəndaşları qəbul edəcək

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edəcək
  30 Sentyabr 2019    Oxunub:1480
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 3-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xaçmaz regional ədliyyə idarəsində keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Qəbul  





Xəbər lenti