Daxili İşlər naziri vətəndaşları qəbul edəcək

  02 Oktyabr 2019    Oxunub : 1684
Daxili İşlər naziri vətəndaşları qəbul edəcək
Oktyabrın 27-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az

Teqlər: DİN   Vətəndaş