Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb

Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb
  05 Oktyabr 2019    Oxunub:1658
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Zafira" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxış zamanı avtomobilin arxa oturacağının altında və tavan hissəsində gömrük nəzarətindən gizlədilən 5400 kapsul "Xiltam", 1650 kapsul "Kist Al-Xindi", 1000 kapsul "Sennol" və 2 ədəd flakonda üzərində "Minoxidil" 60 ml (2FLOZ) yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti