Qazaxda top mərmisi aşkar edilib

Qazaxda top mərmisi aşkar edilib
  08 Oktyabr 2019    Oxunub:2611
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Azvision.az -a bildirilib ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti