5561 nəfər özünüməşğulluq proqramına cəlb edilib

5561 nəfər özünüməşğulluq proqramına cəlb edilib
  08 Oktyabr 2019    Oxunub:1732
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir. Belə ki, Xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edlib.
Azvision.az nazirliyinə istinadən xəbər verir ki, layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır.

Qeyd edilib ki, proqrama cəlb edilən şəxslərdən 4124 nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər.Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilirlər.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti