Xəzərdə kilkə və nərə balıqlarının sayı azalıb

   Xəzərdə kilkə və nərə balıqlarının sayı azalıb
  11 Oktyabr 2019    Oxunub:1424
Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, nərəcinsli balıqlar kilkə balıqlarla qidalanır. Son illərdə isə Xəzər dənizində "Mne obsis ledi" adlı həşərat əmələ gəlib. Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Kilkə balıqlarının məhvi isə onlarla qidalanan nərə balıqlarına da mənfi təsir göstərir və nərə balıqların da ehtiyatı azalır."

Aytən Zəhra
Azvision.az


Teqlər: Kilkə   Nərə   Balıq  





Xəbər lenti