Arif Hacılı yenidən Müsavat başqanı seçildi

  13 Oktyabr 2019    Oxunub : 3672
Arif Hacılı yenidən Müsavat başqanı seçildi
Bu gün Müsavat partiyasının IX qurultayı keçirilib.
Azvision.az xəbər verir ki, “Büllur” sarayında baş tutan qurultayda partiyanın hazırki sədri Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı Müsavat başqanı olmaq uğrunda mübarizə aparıblar.

Qurultayda çıxışlar başa çatdıqdan sonra səsvermə olub. Səsvermənin nəticələrinə görə, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı 20, Arif Hacılı isə 262 səs toplayıb. Bununla da A.Hacılı yenidən partiya rəhbəri seçilib.

Azvision.az

Teqlər: Müsavat   Qurultay   Arif-Hacılı