Metronun 9 aylıq gəliri - 51 milyon manat

  18 Oktyabr 2019    Oxunub : 1247
 Metronun 9 aylıq gəliri - 51 milyon manat
Cari ilin yanvar-sentyabr aylarında 169,7 milyon nəfər metrodan istifadə edib.
Dövlət Statistika Komitəsindən Azvision.az a bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Qeyd edək ki, müvafiq dövr ərzində Bakı metrosunda gediş haqqından 51 milyon manat gəlir götürülüb.

Azvision.az

Teqlər: Metro