Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO

  21 Oktyabr 2019    Oxunub : 1089
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.



Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

Azvision.az

Teqlər: HərbiDənizQüvvələri   Təlim