Ermənistan Bakıdakı sammitdə iştirak etməyəcək

  22 Oktyabr 2019    Oxunub : 1136
 Ermənistan Bakıdakı sammitdə iştirak etməyəcək
Ermənistan tərəfinin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək zirvə toplantısında iştirakı gözlənilmir.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təşkilatda müşahidəçi statusunda oıan Ermənistan toplantıda iştirakla bağlı qeydiyyatdan keçməyib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: XİN   Ermənistan   Ramiz-Həsənov