Qurban Qurbanov: “Hamımız qələbə gözləyirik” - VİDEO

  23 Oktyabr 2019    Oxunub : 1288
Qurban Qurbanov: “Hamımız qələbə gözləyirik” - VİDEO
"Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Bütün komandaların qrupdan çıxmaq şansının olduğunu bildirən baş məşqçi sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".



Azvision.az

Teqlər: Qurban-Qurbanov   Qarabağ   APOEL