Son 10 gündə 223 əcnəbi saxlanılıb - FOTOLAR

  25 Oktyabr 2019    Oxunub : 884
 Son 10 gündə 223 əcnəbi saxlanılıb - FOTOLAR
Son 10 gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 223 əcnəbi saxlanılıb.
DMX-dən Azvision.az -a verilən məlumata görə, onlardan 27-nin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 12 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 75 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Miqrasiya qanunvericiliyini pozan 202 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.






Azvision.az

Teqlər: DMX