“Nike” ləqəbli it qaçaqmalçılığın qarşısını alıb

  28 Oktyabr 2019    Oxunub : 717
“Nike” ləqəbli it qaçaqmalçılığın qarşısını alıb
Pirotexniki vasitənin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “BMW 520” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra “Nike” ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticədə nəqliyyat vasitəsinin yük yerində və arxa oturacağın söykənəcəyinin arxasında ümumilikdə 72 min ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK   Gömrük