Tramp Zelenskini Putinlə səhv saldı - VİDEO

  29 Oktyabr 2019    Oxunub : 1616
 Tramp Zelenskini Putinlə səhv saldı - VİDEO
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

Azvision.az xəbər verir ki, Trampın bu səhvinə amerikalı jurnalist Daniel Deyl diqqət çəkib. ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb.
Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi ilə bağlı araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

“Bildiyiniz kimi, yeni Rusiya prezidenti yaxşı adamdır, bir bəyanatla çıxış etdi. Və orada heç nə yox idi. Ona heç bir təzyiq yox idi”, - Tramp deyib.

Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

Bu söhbət Ağ ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tramp   Zelenski